I Divizionun püşkü atıldı

14:09 - 23 Avqust 2016

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlər iştirak etdilər. 

 

Püşkatmanın nəticələrinə görə, ilk turun cütləri aşağıdakı kimidir:

 

7-8 sentyabr

“Rəvan” – “Turan Tovuz”
“Zaqatala” – “Şahdağ”
“Şəmkir” – “Şərurspor”
“Bakılı” – “Ağsu”
“Mil Muğan” – “Səbail”
MOİK – “Energetik”
“Qaradağ Lökbatan” – “Göyəzən”

Xəbər xətti