Azərbaycanlı futbolçu Türkiyə klubunda FOTO

16:57 - 24 Avqust 2016

Son mövsümü birinci divizion təmsilçisi “Şəmkir”də çıxış edən İlham Allahverdiyev karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu qardaş ölkənin BAL liqasında mübarizə aparan “Bartınspor”la anlaşıb. Bu barədə məlumatı klubun “facebook” səhifəsi yayıb.

 

“Neftçi”nin yetirməsi olan Allahverdiyev son mövsümdə çıxış etdiyi “Şəmkir”də 14 qola imza atıb.

 

Xəbər xətti