"Beşiktaş" yeni transferini təqdim etdi FOTO

21:22 - 24 Avqust 2016

"Beşiktaş" yeni transferini rəsmən təqdim edib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi daha öncə razılaşdığı "Benfika"nın futbolçusu Anderson Taliskanın keçidini rəsmiləşdirib. Bu barədə "qara qartallar"ın rəsmi saytından məlumat verilib. Braziliyalı yarımmüdafiəçi icarə əsasında "Beşiktaş"ın şərəfini qoruyacaq. Sözləşmə 1+1 illik nəzərdə tutulub. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Portuqaliya klubuna 1 illik 2 milyon avro ödəyəcək. Futbolçu özü Türkiyədə ilinə 1 milyon 500 min avro qazanacaq.

 

Qeyd edək ki, Taliska "Benfika" forması ilə 78 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti