Budaq Nəsirovun komandası səfərdə 1 xal qazandı

00:25 - 25 Avqust 2016

Portuqaliya ikinci liqasında 4-cü turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti matçına çıxıb. Lissabon təmsilçisi səfərdə "Famalikan"la qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Budaq Nəsirov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb. Baş məşqçi həmyerlimizə şans verməyib.

 

Qeyd edək ki, 4 turdan sonra aktivində 4 xal olan "Sportinq B" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti