Ruslan Abışov millinin düşərgəsini tərk etdi

22:00 - 26 Avqust 2016

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, Ruslan Abışov yığmanın düşərgəsini tərk edib. “İnter”in müdafiəçisi zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

 

Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xəbər xətti