"Qəbələ"dən ayrılan futbolçu Türkiyə Super Liqasında

22:22 - 26 Avqust 2016

2015/16 mövsümünün sonunda "Qəbələ"dən ayrılan Ermin Zetsin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin futbolçusu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 28 yaşlı hücumçu Super Liqa təmsilçisi "Karabükspor"la 1 illik müqavilə imzalayıb.

 
Qeyd edək ki, Ermin Zets "Qəbələ"də 23 oyunda 7 qol vurmuşdu.

 

Əlavə edək ki, Zets Türkiyənin "Gənclərbirliyi" və "Balıkəsirspor" klublarında forma geyinib.

Xəbər xətti