Millimiz dünya reytinqində mövqeyini qorudu

10:27 - 30 Avqust 2016

Futzal üzrə  milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
 

Sportal.az xəbər verir ki, millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 10-cu pillədə qərarlaşıb.

 
Qeyd edək ki, siyahıya  Braziliya yığması başçılıq edir. Son Avropa çempionu və millimizin dünya çempionatındakı rəqibi İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb.

 

Yığmamızın dünya çempionatının qrup mərhələsində digər rəqibi olan İran 6-cı, Mərakeş isə 34-cü pillədədir.

Xəbər xətti