Hollandiya millisinin üzvü "Fənərbaxça"da FOTO

14:14 - 30 Avqust 2016

Türkiyənin "Fənərbaxça" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Sanderlend"in hücumameyilli yarımmüdafiəçisi Jeremin Lansı heyətinə qatıb. Hollandiya millisinin üzvü "Fənərbaxça"da 1 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm "qara pişiklər"in heyətində 22 oyun keçirib və 4 qol vurub.

 

Xəbər xətti