Paşayev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

01:35 - 26 Sentyabr 2016

Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb.

 

Həmyerlimizin komandası səfərdə "Zirka" ilə qarşılaşıb. Görüş 0 - 0 hesablı bərabərliklə başa çatıb. Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 67-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, "Stal" 9 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti