İsrafilovun qovulduğu oyunda komandası məğlub oldu VİDEO

15:43 - 26 Sentyabr 2016

İspaniya Sequndasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadis" bu turda doğma meydanda "Real Ovyedo" ilə qarşılaşıb. Oyun qonaqların 2 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

İsrafilov start heyətdə meydana çıxıb. Eddi matçın 84-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

 

"Kadis" 7 turdan sonra 8 xalla 22 klub arasında 10-cu pillədə qərarlaşıb.

 

Xəbər xətti