Sergey Zenyov bombardirlərə yaxınlaşdı

14:57 - 30 Sentyabr 2016

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri siyahısında bəzi dəyişikliklər olub.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Maynts”la ev oyununda (2:3) rəqib qapıdan 1 qol keçirən Sergey Zenyov “Qəbələ”nin heyətində 6-cı avrokubok qoluna imza atıb.

 
O, fərqlənməklə hesablarında 6 qol olan Əfran İsmayılov və Baçana Sxadadze çatıb.

 
Qeyd edək ki, təmsilçilərimizin heyətində avrokuboklarda ən çox qol Reynaldo vurub – 10 qol. Rəşad Sadıqov, Rəşad Sadiqov və Riçard Almeydanın aktivində isə 7 qol var.

 

Əlavə edək ki, Zenyov ötən mövsüm avrokuboklarda 2, bu il isə 4 qol vurub.

Xəbər xətti