Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı

00:58 - 1 Oktyabr 2016

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 9-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən klub evdə "Telstar"ı qəbul edib. Qarşılaşma 0 - 0 hesablı bərabərliklə yekunlaşıb.
 
Millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Den Boş" 9 turdan sonra 9 xalla 20 komanda arasında 18-cidir.

Xəbər xətti