"Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçilə bilər AKTUAL

10:23 - 21 Oktyabr 2016

Avropa Liqasında qrup mərhələsinin III turu başa çatıb. Təmsilçimiz "Qarabağ" PAOK-u 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın Avropa Liqasında baş tutan oyun həftəsində azarkeşlər arasında sorğu keçirlir. Belə ki, səsvermədə turun ən yaxşı futbolçusu müəyyənləşir.

 

Bu həftə üçün keçirilən sorğuda Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintananın da adı var. PAOK-la oyunda 1 qol vuran ispaniyalı futbolçu səsvermənin bitməsinə 6 saat qalmış 66 faizlə 1-ci yerdədir.

 

Səs vermək üçün link: http://mvp.uefa.com/en/uefaeuropaleague/results

 

Xəbər xətti