Arda Turan zədələndi

18:02 - 22 Oktyabr 2016

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, hesabat turunda "Barselona" səfərdə "Valensiya"nın qonağı olacaq.
 
Kataloniya təmsilçisinin türkiyəli futbolçusu Arda Turan sözügedən qarşılaşmada iştirak etməyəcək. Buna səbəb isə yarımmüdafiəçinin son məşqdə zədələnməsidi. Məlumatı klubun rəsmi saytı yayıb. Bundan başqa Rafinya da "Valensiya"ya qarşı bu gün keçiriləcək oyunda iştirak etməyəcək.
 
Qeyd edək ki, "Valensiya" - "Barselona" matçı saat 18:15-də start götürəcək.

Xəbər xətti