Ramil izlədi, "Trabzonspor" "Qalatasaray"ı məğlub etdi

00:03 - 23 Oktyabr 2016

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu "Türk Telekom Arena"da baş tutub. Meydan sahibi "Qalatasaray" "Trabzonspor"u qəbul edib.
 
Oyunun taleyini həll edən yeganə qol matçın 17-ci dəqiqəsində vurulub. Dame Ndoyenin vurduğu qol qonaqlara minimal hesablı qələbə qazandırıb.
 
Qeyd edək ki, Şeydayevin adı sözügedən oyunun iştirak ərizəsinə daxil edilsə də, baş məşqçi Ərsun Yanal ona şans verməyib.

Xəbər xətti