"Beşiktaş"da şok itki: millinin üzvü 6 aylıq sıradan çıxdı

11:28 - 24 Oktyabr 2016

Türkiyənin "Beşiktaş” klubu ciddi ikti ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Caner Erkin uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. O, Super Liqanın son turunda "Antalyaspor"la (3:0) qarşılaşmada dabanından zədə alıb.

 

Əməliyyat olunan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 
 
Qeyd edək ki, Caner İtaliyanın "İnter” klubuna məxsus futbolçudu. O, mövsümün əvvəlindən icarə əsasında "Beşiktaş”da çıxış edir. 

 

Xəbər xətti