Ruslan Əmircanov: "Rəhbərlik bizə güldən ağır bir söz demir" MÜSAHİBƏ

00:03 - 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən AZAL - "Zirə" matçı 1:1 hesabı ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "təyyarəçilər"in futbolçusu Ruslan Əmircanov əməkdaşımızın suallarını cavablandırıb.
  
- Öncə matçla bağlı fikirlərinizi bölüşərdiniz...
- Maraqlı oyun alındı. Hesabda geri düşsək də, fasilədən sonra tamam başqa futbol oynadıq. İlk hissədə rəqibə boşluqlar verirdik, sadə vəziyyətlərdə top itirirdik. Amma özümüzdə güc tapdıq, qalib də gələ bilərdik. Reallaşdıra bilmədiyimiz qol epizodlarımız oldu. Rəqibin də imkanları vardı. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Turnir cədvəlində son pillədəyik. Çalışırıq maksimum nəticə əldə edək. Növbəti turda "Qarabağ”la oynayırıq. Maddi cəhətdən və heyət baxımından onlar bizdən üstündülər. Lakin onlar da bizim kimi insandırlar. Nə 4 başları var, nə də 4 ayaqları. Çalışacağıq məşqçinin verdiyi tapşırıqları yerinə yetirək.
 
- AZAL-da əhval-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Qalib gələ bilməsək də, rəhbərlik bizə inanır. Yəni gəlib "niyə uduzdunuz?" söyləmirlər. Rəhbərlik bizə güldən ağır bir söz demir. Başqa komandalarda ola bilər ki, belə bir şey var. Amma biz uduzsaq da, dəstəklərini əsirgəmirlər. Düzdü, komanda qalib gələ bilmədiyi üçün bir az ruh düşkünlüyü var. Bu oyunun ikinci hissəsində özünüz də gördünüz ki, daha yaxşı oyanaya bilərik.
 
- AZAL-a öyrəşə bilmisiniz?
- Bu ölkədə yaşayırıq, AZAL-dakı futbolçuların əksəriyyəti ilə münasibətim var. Yəni, burda yeni sayılmıram. Lap I divizionda da oynasam, uyğunlaşmaq mənim üçün problem deyil. Hamımız cavanıq, dil tapırıq. Düşmənçilik, qruplaşma və ya bu kimi şeylər ola bilməz.
 
- "Qəbələ” ilə borc məsələniz nə yerdədir?
- Hələlik həll olunmayıb. Lakin yaxın günlərdə yoluna qoyulacaq. Ödəyəcəklər. (Futbol11.az)

Xəbər xətti