Qvardiola: "Aquero xüsusi oyunçudur"

01:19 - 26 Oktyabr 2016

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın 28 yaşlı hücumçusu Serxio Aquero haqqında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis argentinalı hücumçudan razı olduğunu bildirib:

 

 “Mən açıq danışmaq istəyirəm. Aquero ilə hər şey əladı. Ümid edirəm ki, o uzun müddət burada qalacaq. Çünki o xüsusi oyunçudur, biz onun burada nə qədər qola imza atdığını unuda bilmərik. Əgər səhv ediriksə, bu mənim səhvim olar”.

 

 Qvardiola “Mançester derbisi” haqqında da danışıb:    

 

“Derbi hər zaman derbidir. Çox ciddi hazırlaşırıq və qalib olmağa çalışacağıq. Unutmayaq ki, biz son 5 oyunda qalib gələ bilmirik. Oyun isə “Old Trafford”da keçiriləcək. Ora getmək hər zaman çətin olur. Komanda fiziki cəhətdən çox yaxşıdı və hücum xəttində səhvsiz olacağımıza inanıram. Komandanın son məşqlərdəki əzmkarlarğını çox bəyəndim”.

 

Qeyd edək ki, “Mançester “Yunayted” – “Mançester Siti”  qarşılaşması  sabah Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Xəbər xətti