"Neftçi"nin legioneri: "Kənarda dayanıb, danışmaq çox asandır" MÜSAHİBƏ

12:39 - 26 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Neftçi” öz meydanında "Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin futbolçusu Jonas Pesalli jurnalistlərin suallarını cavablandırıb:

 

- 2-ci məğlubiyyəti yaşamaq istəməzdim. Amma çalışmalıyıq və növbəti oyunlarda qalib gəlib bu vəziyyətdən çıxamaq lazımdır.

 

- Derbi ab-havasını hiss etdinizmi?
- Bilirəm ki, derbi oyunudur. Bu haqda məlumatım var idi. Matçdan əvvəl maraqlanmışdım.

 

- Xəyallarında canlandırdığın “Neftçi”dəsən?
- Əlbəttə ki, gələndə “Neftçi” haqda maraqlanmışam. Gəlmişəm ki, əlimdən gələni edim. 

 

- Komanda yoldaşın Katalin Tira azarkeşi vurdu. Sən bu hərəkəti edərdin?
- Kənarda dayanıb, danışmaq çox asandır. İndiki vəziyyətdə mən deyərəm ki, etmərəm. Amma həmin anda insan emosialı olur. Bu vəziyyəti yaşamadığım üçün deyə bilmərəm.

 

- Belə hərəkətə yol verən futbolçunu peşəkar adlandırmaq olar? Səni onun üzərinə qaldırmırıq, sadəcə fikirlərinizi bildirərdiniz...
- Bu suala cavab verə bilmirəm. 2 həftədir ki, gəlmişəm. Ab-havaya öyrəşməmişəm. Gələndən 2 oyun keçirdim və uduzdum. Bu sualı burada daha əvvəlcədən çıxış edən futbolçulara versəz, daha yaxşı olar.

 

- Növbəti turda sizi ilk dövrədə 8:0 hesabı ilə darmadağın edən “Qəbələ”dir...
- Vəziyyətimiz elədir ki, hər matça final oyunu kimi baxırıq. Bütün oyunlara ciddi yanaşmalıyıq. Baş məşqçimiz rəqib haqda xüsusi tapşırıqlarını verəcək və biz də icra edəcəyik.

Xəbər xətti