Ramil Şeydayev start heyətdə FOTO

14:24 - 26 Oktyabr 2016

Türkiyə kuboku uğrunda mübarizədə millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor” səfərdə "Çorum Bələdiyəspor”un qonağıdı. 
 
Sportal.az xəbər verir ki, az sonra baş tutacaq qarşılaşmada Ramil Şeydayev də iştirak edəcək. Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal hücumçuya start heyətdə yer verib. 
 
Qeyd edək ki, "Çorum Bələdiyəspor”  - "Trabzonspor” oyunu Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. Oyun A Spor telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

 

Xəbər xətti