"Barselona"da daha bir itki

18:04 - 26 Oktyabr 2016

"Barselona"nın heyətində daha bir itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jeremi Matye sıradan çıxıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Fransız futbolçu dünən gecə Kataloniya kuboku uğrunda "Espanyol"la keçirililən qarşılaşmada (0:1) zədələnib. 32 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Barselona"nın müdafiəçiləri Xerard Pike və Jordi Alba da zədə səbəbindən komandaya kömək edə bilmir.

Xəbər xətti