Messi: "Ümid edirəm ki, Arda ölkəsi üçün oynamaq şansını qazanacaq"

13:13 - 28 Oktyabr 2016

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Messi Ardanı xüsusi futbolçu adlandırıb:

 

"Hamımız onun xüsusi futbolçu olduğunu bilirik. "Barselona" bu səbəbdən Ardanı transfer etdi. O, fərqli mövqelərdə oynayaraq komandaya kömək edir. 6 ay futbol oynamadığı vaxt Arda üçün çətin oldu. Ancaq bu dönəmdən yaxşı keçdi. O, yeni mövsümə yaxşı başlayıb. Neymar, Rakitiç və İnyestanın mövqeylərində çıxış edir. Onun komandaya faydası çoxdur".

 

Argentinalı ulduz Ardanın Türkiyə millisinə çağırılmamağına da münasibət bildirib:

 

"Onun nəyə görə yığmaya çağırılmadığını bilmirəm. Ümid edirəm ki, qısa zamanda ölkəsi üçün oynamaq şansını qazanacaq".

Xəbər xətti