Vaqif Cavadov "Sumqayıt"dan ayrı düşüb

11:52 - 14 Noyabr 2016

Premyer Liqanın XII turunda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" sözügedən oyunun hazırlıqarına başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda tam heyətlə məşq edə bilmir. "Kimyaçılar"ın aparıcı üzvü Vaqif Cavadov sıradan çıxıb. Məşqdə çiynindən zədələnən Cavodav 4 gündü ki, komandadan ayrı düşüb. O, yüngül qaçışlarla kifayətlənir.

 

Təcrübəli futbolçunun hansı tarixdə komanda ilə birgə məşqlərə başlayacağı isə hələlik bilinmir.
 
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı noyabrın 20-də keçiriləcək.

 

Xəbər xətti