Çempionlar Liqasında hansı komandalar 1/8 final mərhələsinə yüksəlib?

10:46 - 23 Noyabr 2016

Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn 10 komandanın adı məlumdur.
 
Sportal.az xəbər verir ki, qrup mərhələsinin V turunun ilk oyunlarından sonra "Bayer", "Real", "Lester Siti" və "Yuventus" klubları da növbəti mərhələyə vəsiqəni təmin edib.

 

Digər 6 komandanın adına bu gün keçirilən oyunlarda və son turda aydınlıq gələcək.

 

ÇL-da 1/8 finala yüksələn klublar:

 

"Arsenal", "Atletiko" (Madrid), "Bavariya", "Borussiya" (Dortmund), "Yuventus", "Lester Siti", "Bayer" (Leverkuzen), "Monako", PSJ, "Real" (Madrid)

Xəbər xətti