Azərbaycanlı futbolçu Rusiyada klub dəyişir

15:30 - 23 Noyabr 2016

Əslən Azərbaycandan olan Aleksandr Səmədov Moskvanın "Lokomotiv” klubunu tərk etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu digər Moskva təmsilçisi "Spartak”a keçməyə yaxındı. 
 
Bu barədə "Championat.ru” məlumat yayıb. Məlumatda bildirilir ki, "Spartak”ın italiyalı baş məşqçisi Massimo Karrera bir neçə gün əvvəl rəhbərliklə görüşüb və Səmədovun transfer edilməsini istəyib. Mənbə iddia edir ki, məşqçi ilə futbolçu arasında görüş də baş tutub və yarımmüdafiəçi "Spartak”a keçmək istədiyini deyib. 
 
Qeyd edək ki, Səmədov "Spartak”ın yetirməsidi. O, 2001-05-ci illərdə "qırmızı-ağlar”ın uğurları üçün çalışıb. 
 
Onu da xatırladaq ki, Səmədov "Lokomotiv”də xoşbəxt deyil. Rusiya millisinin üzvü bir müddət öncə "dəmiryolçular”ın baş məşqçisi, bir vaxtlar "Qəbələ”də çalışmış Yuri Syominlə mübahisə etmişdi. 

 

Xəbər xətti