Noyer: "Heç bir qələbə bizə hədiyyə edilmədi"

01:09 - 2 Dekabr 2016

"Bavariya"nın qapıçısı Manuel Noyer son həftələrdəki uğursuz nəticələrdən sonra ayağa qalxmaq üçün çox çalışmalı olduqlarını deyib.

 

Sportal.az xəbər verir ki, alman futbolçu son həftələrdə zəif çıxış etdiklərini etiraf edib. Təcrübəli "əlcək sahibi" yaxşı nəticələr qazanmaq üçün daha çox çalışmalı olduqlarının vacibliyini qeyd edib:

 

"Qvardiolanın vaxtında da çox çalışmaq məcburiyyətindəydik. Heç bir qələbə bizə hədiyyə edilmədi, edilmir də. Bunu başa düşürük. Uğur qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etmək məcburiyyətindəyik. 80 % kifayət etməyə bilər. Tam hazır olmaq lazımdı. Çox çalışmalıyıq".

Xəbər xətti