Kubok "Şapekoense"yə veriləcək

14:07 - 4 Dekabr 2016

Sudamerika kuboku təyyarə qəzasına uğrayan “Şapekoense” klubuna verilə bilər.

 

Sportal.az xəbər verir ki, klubun prezidenti İvan Tozzo bildirib ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Sudamerika kubokunu və 2 milyon dollarlıq mükafatı “Şapekoense”yə verəcək. Klub prezidentinin dediyinə görə, artıq CONMEBOL bu barədə qərar qəbul edib.

 

Xatırladaq ki, noyabrın 29-da “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.

 

Xəbər xətti