Əliyar Ağayev "Sumqayıt"a dərs keçdi

Bu gün Sumqayıtda yerləşən "Kapital Bank Arena”da Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov, FİFA referisi Əliyar Ağayev və Orxan Məmmədovun iştirakı ilə "Sumqayıt" Futbol Klubunun məşqçi, futbolçu heyəti üçün seminar təşkil edilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə məşqçi və futbolçulara hakim idarəçiliyi zamanı tətbiq olunan yenioyun qaydaları haqqında ətraflı məlumat verilib. Daha sonra Xəqani Məmmədov və Əliyar Ağayev futbolçuların meydanda daha sıx üzləşdikləri vəziyyətlər və qayda pozuntuları ilə bağlı sualları cavablandırıb.

Tarix: 6 Dekabr [17:05]
Oxunub: 344 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2017
24  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio