Fabian Fray: "Qəbələ"nin Bakıda gözəl futbol nümayiş etditdiyini gördük"

11:16 - 8 Dekabr 2016

"Maynts" Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ"ni qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, "keçilər"in isveçrəli yarımmüdafiəçisi Fabian Fray Martin Şmidt oyunöncəsi fikirlərini bölüşüb:

 

"Qəbələ"nin Bakıda gözəl futbol nümayiş etditdiyini gördük. Rəqibimiz hücum futbolunu sevir. Heç bir komandanın iddiası qalmadığı üçün açıq oyun olacağını düşünürəm. Azarkeşlər maraqlı oyun izləyəcəklər. Fikrimcə, onları darıxmağa qoymayacağıq. Avropa Liqasında yaxşı təcrübə qazandıq. Turniri qələbə ilə tərk etmək istəyirik".

 

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Xəbər xətti