"Maynts"ın baş məşqçisi: "Buna görə təəssüf hissi keçirirəm"

Avropa Liqasının qrup mərhələsinin son turunda “Maynts” “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazanıb. 

 

Sportal.az xəbər verir ki, matçdan sonra “keçilər”in baş məşqçisi Martin Şmidt oyun haqda fikirlərini bildirib:

 

“Qələbəyə görə şad oldum. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərməyi bacardı. Rəqibimiz də yaxşı komandadır. Müdafiədən hücuma yaxşı qoşulurlar. Bu da bəzən bizim işimizi çətinə salırdı. Ümumi olaraq, yaxşı oynadıq. Amma növbəti mərhələyə yüksəlmədyimiz üçün təəssüf hissi keçirirəm. Avropa Liqasında yaxşı təcrübə qazandıq. Bütün diqqətimizi Bundesliqa matçlarına cəmləməliyik. “Borussiya” Münhenqladbaxla matça yaxşı əhval-ruhiyyədə çıxacağıq”.

Tarix: 9 Dekabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio