Premyer Liqa klubu dağılır: Futbolçulara azad agents statusu veriləcək

Rusiyanın Premyer Liqa klublarından “Tom” bütün futbolçularını sərbəst buraxacaq.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyinin bu qərarı verməsinin səbəbi ağır maliyyə böhranıdı. 70 illik keçmişi olan “Tom”un aralarında milli komandaların üzvləri də olan futbolçuları 1 yanvar 2017-ci il tarixindən etibarən sərbəst buraxılacaq.

 

Komandanın çempionatda mübarizə aparıb-aparmayacağı isə müəyyənləşməyib. Sibir klubu böyük ehtimalla əvəzedici komandası ilə cari mövsümün sonuna qədər mübarizə aparacaq.   

 

Qeyd edək ki, "Tom" Rusiya Premyer Liqasında 17 turdan sonra turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

 

 

Tarix: 12 Dekabr [12:37]
Oxunub: 689 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Yanvar 2017
15  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio