Azərbaycan kuboku: 1/4 final rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. Bir gün ərzində 4 matç baş tutacaq.

 

Sportal.az xəbr verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Bu 4 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.
 
Azərbaycan Kuboku
 1/4 final, ilk oyunlar
 13 dekabr (çərşənbə axşamı)

 

“Zirə” – “Neftçi” – indiyədək görüşməyiblər
 
“Qarabağ” – “Sumqayıt” – 3 oyun, +3=0-0, top fərqi 9-1
İndiyədək iki dəfə yolları kəsişən komandalar bu duellər çərçivəsində 3 dəfə üz-üzə gəlib. Bütün oyunlarda qalib gələn “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırıb. Ağdmlılar ev matçlarında qol da buraxmayıb.
2011/12    1/8 final    Qarabağ (Ağdam) - Sumqayıt Şəhər    3:0
2015/16    1/4 final    Qarabağ (Ağdam) - Sumqayıt    2:0, 4:1
 
“İnter”  - “Kəpəz” - indiyədək görüşməyiblər
 
“Qəbələ” – AZAL – 4 oyun, +2=1-1, top fərqi 3-3
Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunun meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cütlərdə belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır.
2008/09    1/4 final    Qəbələ - Olimpik (Bakı)    1:1, 1:0
2009/10    1/8 final    Olimpik-Şüvəlan (Bakı) - Qəbələ    2:0, 0:1

Tarix: 12 Dekabr [13:40]
Oxunub: 269 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2017
19  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio