"İnter"in baş məşqçisi: "Barbosa hazır olsa, meydana buraxacam"

15:26 - 13 Dekabr 2016

İtaliya "İnter"inin çalışdırıcısı Stefano Pioli braziliyalı futbolçusu Qabriyel Barbarosanın heyətə düşə bilməməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis 20 yaşlı hücumçu ilə bağlı bu fikirləri səsləndirib:


"Mən onu oyuna hazır olduğunu gördükdən sonra meydana buraxacam. Obyetktivimdə yalnız ən yaxşı oyunçular olur. Əgər görsəm ki, "Qabiqol" komanda yoldaşlarından yaxşı oynuyur, o zaman onunla nəysə düşünmək olar". 

 

Qeyd edək ki, "Qabiqol" ləqəbli futbolçunun agenti açıqlamasında qış transfer pəncərəsində təklifləri dəyərləndirəcəklərini bildirmişdi.


Qeyd edək ki, gənc futbolçu bu ilin avqustunda "Santos"dan "İnter"ə 30 milyon avroya transfer olunub. 

 

Xəbər xətti