"Bayer"in futbolçuları məşqdə dalaşdı VİDEO

15:28 - 15 Dekabr 2016

Almaniyanın "Bayer" klubunun məşqində xoşagəlməz olaylar baş verib. 

 

Sportal.az xəbər verir ki, məşq zamanı komandanın üzvləri - Karim Bellarbi və Roberto Hilbert arasında qalmaqal yaranıb. Futbolçuları komanda yoldaşları sakitləşdirməyi bacarıblar. 

 

Olaydan sonra açıqlama verən komandanın baş məşqçisi Rocer Şmidt fikirlərini bildirib: "Futbolçularım arasında gərginlik yaşandığı doğrudu. Hadisənin ncə baş verdiyindən xəbərsizəm. Hər iki futbolçu ilə ciddi söhbətimiz olacaq". 

 

Xəbər xətti