"Zirə"nin yubiley məğlubiyyəti

“Zirə” Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Yubiley oyununda “Sumqayıt”ın qonağı olan bakılılar 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XIV turun görüşündəki yubiley məğlubiyyət sayında da əlamətdar rəqəmə çatıb. Belə ki, qəsəbə təmsilçisi 15-ci dəfə məğlubiyyət acısı yaşayıb. Hesabında 21 qələbə və 14 heç-heçə olan komanda 53 qol vurub, 46-nı buraxıb. Bu qarşılaşma “Zirə”nin Premyer Liqadakı 25-ci səfər oyunu olub. Rəqib meydanında 10-cu dəfə uduzan komanda səfərdə 6 qələbə və 9 heç-heçəyə sevinib. Meydan sahiblərini 18 dəfə məyus edən zirəlilər 23 qol buraxıb.

Tarix: 19 Dekabr [11:58]
Oxunub: 136 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Mart 2017
22  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio