Şəhriyar Rəhimov: "Hədəfimiz mərhələ adlamaqdı"

18:57 - 20 Dekabr 2016

“İnter”lə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Kəpəz”in futbolçuları uğurlu nəticəyə köklənib.

 

Sportal.az xəbər verir ki, bunu klub saytına Nizami yurdunun təmsilçisinin oyunçusu Şəhriyar Rəhimov söyləyib:

 

"Hədəfimiz mərhələ adlamaqdır, bilirik ki, çox çətin olacaq. İlk oyunda iki top fərqi ilə uduzduğumuzdan rəqibin üstünlüyü var. Amma indi Gəncədə oynamağımızı unutmamalıyıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Yaxşı futbol göstərib, bizə lazım olan nəticəni qazanmağa çalışacağıq. Final fitinə kimi layiqli şəkildə çıxış etməliyik. Mərhələni keçən tərəf biz olmaq istəyirik. Fanatlarımızı sevindirməyə səy göstərəcəyik. Qolu kimin vurmasının əhəmiyyəti yoxdur, əsas olan qol vurmaqdır”.

Xəbər xətti