"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi

16:33 - 22 Dekabr 2016

Münhenqladbax “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda Diter Xekkinqə tapşırılıb. Onunla 3 illik müqavilə imzalanıb. Xekkinq "Borussiya"da uğursuz nəticələr səbəbindən istefaya göndərilən Andre Şüberti əvəzləyəcək.

 

Qeyd edək ki, 52 yaşlı almaniyalı mütəxəssis son olaraq “Volfsburq”u çalışdırıb.

Xəbər xətti