Almaniya klubunda yeni baş məşqçi

00:16 - 28 Dekabr 2016

Almaniya bundesliqası təmsilçisi "Darmştadt"ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Norbert Meyerin istefaya göndərilməsindən boş qalmış baş məşqçi vəzifəsinə Torsten Frings təyin edilib. Onun 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Darmştadt" çempionatda ard-arda 6 məğlubiyyətdən sonra baş məşqçisi Norbert Meyeri istefaya göndərmişdi.

Xəbər xətti