"Qalatasaray"ın sabiq futbolçusu: "Həyatımı it xilas etdi"

01:11 - 28 Dekabr 2016

“Qalatasaray”, "Trabzonspor" və "Liverpul" kimi klublarda çıxış etmiş Riqober Sonqun insult keçirdiyi barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, bu ilin oktyabr ayında insult keçirən Sonqun durumu yaxşıdı. Üzləşdiyi xəstəliklə bağlı danışan Sonq həyatını itinin xilas etdiyini bildirib:

 

“İnsult keçirəndən sonra mənim itim evdə dayanmadan və bərkdən hürməyə başlayıb. Qonşum da bundan narahat olub. Xoşbəxtlikdən qapını açıq qoymuşdum. Evə daxil olan qonşum məni çağırıb, cavab almayınca təcili yardıma zəng edib”.

 

Kamerundakı xəstəxanalardan birinə yerləşdirilən Sonq süni komaya salınıb. Bir müddət sonra durumu yaxşılaşıb və onu Fransaya aparıblar.

 

Xəbər xətti