Nelson Bonilya: "Azərbaycanda qapılar üzümə həmişə açıqdır"

“Bu il mənim üçün uğurlu oldu. 14-ü “Zirə”, 3-ü milli və 3-ü “Nasional”ın heyətində olmaqla ümumən 18 qol vurdum”.

 

Sportal.az-ın xəbərinə görə, bu sözləri hazırda Portuqaliyanın “Nasional” klubunda çıxış edən Nelson Bonilla “Elsalvador” nəşrinə müsahibəsində deyib.

 

Salvador millisinin futbolçusu deyib ki, “Zirə”də ona daha çox şans veriblər: “Baş məşqçi mənə inanırdı. Mənim Azərbaycan çempionatında çıxış etməyim  sonradan Portuqaliyada oynamağa kömək etdi. Orada mənə kömək edən insanlara təşəkkür edirəm. Onları sevgi ilə xatırlayıram. Bilirəm ki, həm Azərbaycanda, həm də bir vaxtlar çıxış etdiyim Rumıniyada qapılar mənim üzümə həmişə açıqdır”.


Bonilya bildirib ki, Portuqaliya çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasının səviyyəsindən üstündür: “Amma aradakı fərq elə böyük də deyil. Çünki Azərbaycanda Avroliqanın qrupunda oynayan və Çempionlar Liqasının qrupuna düşmək istəyən komandalar var”.

 

Tarix: 29 Dekabr [15:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio