"Barselona" Luis Enrikenin yerinə onu gətirəcək

20:15 - 29 Dekabr 2016

Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq Luis Enrikeni kimin əvəz edəcəyi məlum olub.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubunu yeni mövsümdən etibarən "Benfika"nın baş məşqçisi Rui Vitoria çalışdıracaq. İspaniya mətbuatının yazdığına görə "Barselona" rəhbərliyi 46 yaşlı mütəxəssislə razılıq əldə edib.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis "Benfika"nı 2015-ci ildən çalışdırır. O, ötən mövsüm Lissabon təmsilçisi ilə ölkə çempionu olub.

Xəbər xətti