Mourinyodan xahiş etdi: "Ayrılmaq istəyirəm"

18:12 - 1 Yanvar 2017

“Mançester Yunayted”in futbolçusu Memfis Depay komandanı tərk etmək niyyətindədi.

 

Sportal.az xəbər verir ki, Depay “qırmızı şeytanlar”ın heyətinə düşməkdə çətinlik çəkir. O, bu mövsüm cəmi 20 dəqiqə meydanda olub.

 

Buna görə də, futbolçu komandasını dəyişmək istəyir. Depay “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya müraciət edərək, onu başqa komandaya buraxmasını xahiş edib.

 

Hücumçu “Mançester Yunayted”ə 2015-ci ildə 25 milyon funta PSV-dən transfer olunub.

 

Xəbər xətti