I Divizion klubu Türkiyəyə yollanır

00:07 - 2 Yanvar 2017

I Divizionda mübarizə aparan "Şəmkir" klubunun qış hazırlıq planı məlum olub.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq. Qəhrəman Əliyevin yetirmələri Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçəcək. Toplanış yanvar ayının 5-dən 24-dək davam edəcək.

 

Təlim-məşq toplanışı çərçivəsində "Şəmkir" yoxlama oyunlarında da qvvəsini sınayacaq. Lakin hələ sınaqçı rəqiblər məlum deyil.

Xəbər xətti