"Yuventus"dan üzr istədi: "Belə təklifdən imtina edə bilməzdim"

“Zenit”in yarımmüdafiəçisi Aksel Vitselin Çinin “Tyantszin Çuyantzyan” klubu ilə anlaşdığı barədə məlumat yayılıb.

 

Sportal.az xəbər verir ki, Vitsel buna görə “Yuventus”dan üzr istəyib. Belçikalı yarımmüdafiəçi Turin klubundan təklif alsa da, çinlilərlə anlaşıb. O, buna görə “Yuventus”a üzrxahlıq edib:

 

“Bağışlayın, amma belə təklifdən imtina edə bilməzdim”.

 

Məlumata görə, Vitsel Çin klubu ilə 4 illik müqavilə bağlayıb. Onun illik məvacibinin 18 milyon avro olacağı bildirilir.

 

Qeyd edək ki, “Tyantszin Çuyantzyan” klubunu Fabio Kannavaro çalışdırır.

 

Tarix: 2 Yanvar [15:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio