İbrahimoviç ayın ən yaxşı futbolçusu seçildi

14:40 - 4 Yanvar 2017

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç ötən ilin son ayının ən yaxşısı seçilib. 35 yaşlı hücumçu ötən ay çıxdığı 6 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, İbra mövsümün əvvəlindən "qırmızı şeytanlar"da çıxış edir. İsveçli hücumçu komandanın heyətində keçirdiyi 19 oyunda 13 qol vurub.

 

Xəbər xətti