Hamza Hamzaoğludan Dəniz Yılmaza siqnal: "Hücum xəttini gücləndirməyimiz lazımdır"

12:46 - 5 Yanvar 2017

"Bursaspor"un baş məşqçisi Hamza Hamzaoğlu yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hücum xəttini gücləndirmək istədiklərini söyləyib:

 

“Axtarışlarımız davam edir. Diqqətli olmalıyıq. Çünki hər hücumçudan istəniləni almaq mümkün deyil. Buna görə də ən düzgün qərarı verməliyik. Fasilədə transfer xətrinə heyətimizə oyunçu qata bilmərik. Bir neçə oyunçu ilə görüşürük. Yarımmüdafiə və müdafiədən əlavə, hücum xəttində və cinahlarında oynamağı bacaran forvard axtarışındayıq. Hücum xəttini gücləndirməyimiz lazımdır. Komandadan ayrılanlar da olacaq. Gələn təklifləri də dəyərləndiririk”.

 

Qeyd edək ki, millimizin üzvü Dəniz Yılmaz "Bursaspor"da çıxış edir. O, bu mövsüm 2 qol vurub.

Xəbər xətti