"Kəpəz"in rəqibləri müəyyənləşdi

16:14 - 5 Yanvar 2017

Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, iki günə dörd yoxlama matçına çıxacaq “sarı-göylər” Premyer Liqa və 1-ci divizion klubları ilə qarşılaşacaq.

 

“Kəpəz” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək.

 

Yanvarın 19-da Gəncə təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan”la, ikinci yarısında isə (saat 15:00-da) “Zirə”ylə oynayacaq. “Zirə”yə qarşı görüş rəqibin meydanında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq.

 

Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.

Xəbər xətti