"Kəpəz"in planında dəyişiklik

14:34 - 7 Yanvar 2017

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” əvvəlcədən əldə edilən razılığa əsasən, yanvarın 19-da “Zirə” ilə qarşılaşmalı olsa da, görüş baş tutmayacaq. Buna səbəb rəqibin hazırlıq planında dəyişikliyin edilməsi və Bakı klubunun Türkiyəyə yollanmasıdır.

 

“Zirə”nin əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da saat 15:00-da “Dalğa Arena”da keçiriləcək. 

 

Xəbər xətti