Kamran Ağayevli "Boavişta" qələbə qazandı

00:03 - 9 Yanvar 2017

Bu gün Portuqaliya Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvləri Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta”  öz meydanında “Vitoria de Setubal”la qarşılaşıb. Matç futbolçularımızın komandasının 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Kamran Ağayev bu matça start heyətində başlayıb və sona qədər mübarizə aparıb. Emin isə sona qədər ehtiyat oyunçular skamiyasında oturub. 

 

Portu təmsilçisi bu qələbə sayəsində xallarının sayını 20-ə çatdırıb və turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

Xəbər xətti