"Zirə"də yeni təyinatlar

“Zirə” klubunda məşqçilərlə bağlı yeni təyinatlar təsdiqlənib.


Sportal.az kluba istinadən xəbər verir ki, "qartallar"ın U-19 komandasının baş məşqçisi Elnur Çodarov bundan sonra həmçinin, əsas komandada məşqçi kimi çalışacaq.

 

Ayxan Abbasovun əsas komandaya keçidindən sonra boşalan əvəzedici heyətin baş məşqçi vəzifəsi isə İlham Qurbanova tapşırılıb. İlham Qurbanov buna qədər “Zirə”nin U-17 komandasında çalışırdı. Bu gün “gənc qartallar” yeni çalışdırıcı ilə ilk məşqə çıxıblar. Əvəzedici heyətin məşqçilər korpusunda yer alan digər mütəxəssislər isə dəyişməyib. 

Tarix: 9 Yanvar [15:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2017
22  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio